|
Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın Yunanıstanın FETÖ-çu əsgərə sığınacaq verməsinə sərt reaksiya göstərib.
Axar.az xəbər verir ki, o, Yunanıstanın bu qərarı ilə özünün terrorçular üçün təhlükəsiz ölkə olduğunu bir daha sübuta yetirdiyini deyib.
Sözçü AB daxil olmaqla, bütün beynəlxalq qurumları buna reaksiya göstərməyə çağırıb.
Qeyd edək ki, Yunanıstan 15 iyul hərbi çevrilişə cəhdin təşəbbüskarlarından Süleyman Özkaynakçıya sığınacaq verib.