|
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın ölkəsinə qarşı yeni sanksiyalarını mənasız hərəkət adlandırıb.
Axar.az xəbər verir ki, Putin bunu Finlandiya Prezidenti Sauli Niinistyo ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Sanksiyalara gəlincə, bu, xüsusilə Rusiya kimi ölkəyə qarşı mənasız bir hərəkətdir”, - Putin bildirib.