|
Almaniya Gürcüstanın NATO-ya inteqrasiyasını dəstəkləyir, ancaq bu ölkənin tezliklə alyansa üzv olması ehtimalı aşağıdır.
Axar.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel Tiflisdə tələbələrlə görüş zamanı deyib.
“Gürcüstanın NATO ilə yaxınlaşma prosesi davam etdirilməli və bu istiqamətdə addım-addım irəliləmək lazımdır. Gürcüstanın NATO-ya inteqrasiyası üçün qurumun sammitində təsdiqlənmiş əməkdaşlıq paketinin həyata keçirilməsi böyük əhəmiyyət daşıyır”, - Merkel bildirib.