|
Türkiyədə son bir həftə ərzində FETÖ istintaqı çərçivəsində 347 hərbçi saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə “Anadolu” yazıb.
Məlumata görə, həftə ərzində ordu daxilindəki FETÖ-çulara qarşı ümumilikdə 14 əməliyyat keçirilib. Gizlənmək üçün müxtəlif yollara əl atan qruplaşma üzvlərinin bəziləri qaçmağa çalışarkən yaxalanıb.