|
ABŞ-ın iqtisadi həmlələrinin növbəti hədəfi ərəb ölkələri ola bilər.
Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” yazıb.
Məlumata görə, başda BƏƏ və Səudiyyə Ərəbistanı olmaqla, ərəb ölkələrinin ABŞ və Böyük Britaniya banklarında 4 trilyon dollara yaxın vəsaiti saxlanılır. Bir çox ölkələrə əlavə vergi tətbiq etməklə təzyiq göstərən ABŞ ərəb ölkələrinə qarşı banklarda saxlanılan vəsaitdən istifadə edə bilər.
Bildirilir ki, 11 sentyabr və 2008-ci il böhranında olduğu kimi, ABŞ yenidən ərəb ölkələrinin hesablarına girişini ləğv edə bilər. Bu zaman isə nə Səudiyyə Ərəbistanının, nə də BƏƏ-nin edə biləcəyi nəsə yoxdur. Burada söhbət təkcə neft sahəsindən əldə olunan pullardan deyil, eyni zamanda, birjalardakı qiymətli kağızlardan, şirkət səhmlərindən də gedir.