Casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunan amerikalı rahib Endryu Branson barəsində iddianamədə Ləvənt adlı şahidin ifadələri yayılıb.

O, Bransona məxsus kilsənin PKK-nın koordinasiya mərkəzi kimi istifadə olunduğunu iddia edib.

Teleqraf.com xəbər verir ki, Ləvənt ifadəsində 2005-ci ildə xristianlıq dinini qəbul etdiyini və Basmane bölgəsi yaxınlığındakı Yenidoğuş kilsəsinə getməyə başladığını söyləyib.

Onun sözlərinə görə, həmin kilsədə pastor olan Endryu Branson İspaniya, ABŞ və Almaniya vətəndaşlığını daşıyırmış:

“Bazar günləri ibadət zamanı kilsəyə 100-150 nəfərlik qrup gəlirdi. Onların içərisində türk kökənli insanlar, eləcə də kürd kökənlilər vardı. Kürdlər arasında yaşadığımız ölkəni sevən insanlarla yanaşı bölücü mövqeyi ilə seçilən, terror tərəfdarı olan 8-10 nəfər də vardı. Bəzilərinin soyadını bilmirəm, Saleh, Agit adlı şəxslər, əcnəbi kökənli Elizabet və başqaları bu cür idilər. Kilsənin pastoru Branson həmin şəxslərə xüsusi qayğı göstərirdi. Hətta günahları olsa belə, onları qorumağa, kilsədən uzaqlaşdırılmamasına çalışırdı. Bir dəfə qalmaqal zamanı təcavüz edən şəxs bölücü kəsimdən olduğuna görə əlindən gələni edib onu qorumuşdu”.

Şahid qeyd edib ki, Endryu Branson 2008-2009-cu illərdə terrora dəstək verdiyi üçün Yenidoğuş kilsəsindən qovulub. O, ifadəsində vurğulayıb ki, Branson bu hadisədən sonra təxminən 12 aya yaxın ölkə xaricində yaşayıb:

“Türkiyəyə qayıdandan sonra Alsancaqda yeni kilsə açdı. Endryu açdığı kilsənin adını “Diriliş” qoydu. Mən onun məqsədini öyrənmək üçün həmin kilsəyə getməyə başladım. Bölücü mövqenin tərəfdarı olan həmin qrup da Diriliş kilsəsinə gəlirdi. Agitin bomba təlimi keçmiş terrorçu olduğunu eşitmişdik. Agitlə yanaşı, Məhmət, Saleh abi deyilən şəxs Endryu və həyat yoldaşı Norinlə zaman-zaman gündəmdəki hadisələrlə əlaqədar Kobani, Suruç kimi yerlərə gedirdilər. Bu şəxslər çəkinmədən Feysbuk sosial şəbəkəsində bu səfərlər və təşkilatla əlaqədar paylaşımlar edirdilər. Bu fotoşəkillərdən aydın görünürdü ki, Məhmət, Agit və tanımadığım terror təşkilatının üzvləri leşkər adlanan terrorçu geyimlərini geyinmiş, Kürdüstan bayrağını qaldırmışdılar. Endryu da onların arasında poz vermişdi. Suruçdakı partlayış və Kobani hadisələrinin yaşandığı dönəmdə Branson İncil kitabını kürdcə nəşr etdirərək həmin bölgələrə göndərdi”.

Şahid kilsənin üst mərtəbəsində iki otağın olduğunu söyləyib: “Bu otaqlara girmək qadağan olunsa da, kürdlərlə burada toplantılar təşkil edilirdi. Mən bu otağa girmək üçün fürsət axtarırdım. Həmin otağa daxil olanda stolların üstündə Türkiyə xəritələrini gördüm. Bəzilərinin üzərində işarələr qoyulmuş, sərhədlər dəyişdirilmişdi. Masanın yanında bağlama qoyulmuşdu. Bağlamanın birini açanda içərisində PKK-ya aid qeyri-qanuni broşürlərin olduğunu gördüm. Aşağıdan ayaq səslərini eşidəndə otaqdan başqası ilə telefonla danışırmış kimi çıxmağa çalışdım, amma Bransonun həyat yoldaşı Norin məni yaxaladı. 2015-ci ildə kilsədən ayrılsam da, dövlət çevirilişinə cəhddən sonra fərari FETÖ üzvlərinin Endryunun evində gizləndiyini eşitmişdim”.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti