|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO zirvəsində iştirak edəcək.
Axar.az xəbər verir ki, bu Ərdoğanın yenidən prezident seçilməsindən sonra qatıldığı xaricdə keçirilən ilk zirvə olacaq.
Zirvə çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və İngiltərənin Baş naziri Tereza Mey başda olmaqla bir çox NATO lideri ilə görüşməli olan Ərdoğan, ikitərəfli müzakirələr də aparacaq.
Görüşlər zamanı bəzi NATO ölkələrinin YPG-yə verdiyi dəstək və Türkiyənin Rusiyadan aldığı S-400 sistemləri məsələləri də müzakirə olunacaq.