İrəvan Əliyevin mesajlarını düzgün oxumalıdır: Zəngəzur dəhlizi açılacaq...

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirəsində Azərbaycanın həyata keçirdiyi nəqliyyat dəhlizləri nəticəsində Avrasiya coğrafiyasında oynadığı rolun əhəmiyyəti, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı rəsmi Bakının mövqeyini bütün maraqlı tərəflərin diqqətinə çatdırdı.

Azərbaycan Prezidenti İlham Əliyevin müşavirədə verdiyi mesajları belə oxumaq olar:

- Azərbaycan qlobal çağırışlara zamanında çevik reaksiya verərək, yeni dünya düzəninin oyun qaydalarına uyğun olaraq, enerji sahəsində olduğu kimi, nəqliyyat dəhlizləri sahəsində də Avrasiya coğrafiyasının xəritəsini cızıb. Azərbaycanın nəqliyyat dəhlizləri baxımdan da logistik bir mərkəzə çevrilməsi, təkcə onun yerləşdiyi coğrafiyanın yaratdığı imkanları deyil, məhz görülən məqsədyönlü praktik fəaliyyətin nəticəsidir.

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib - YENİLƏNİB

Bu səbəbdən də Avrasiyanın yeni nəqliyyat dəhlizlərini Azərbaycansız təsəvvür etmək mümkün deyil. 

- Bakı bu istiqamətdə daha fəal rol oynayacaq ki, bu da Bakının Avrasiya coğrafiyasında daha ciddi oyunçuya çevrilməsinə, yeni fürsətlər və imkanların, əməkdaşlıq formatlarının yaranmasına, qarşısındakı hədəflərə nail olmasına imkan verəcək. Enerji dəhlizi nəqliyyat dəhlizlərinin yaranmasına imkanlar yaratdığı kimi, nəqliyyat dəhlizləri də öz növbəsində Azərbaycanın yaşıl enerji və digər kommunikasiya qovşaqlarına çevrilməsinə təkan verəcək. Nəticə etibarilə Azərbaycan Avrasiya coğrafiyasında deyil, eyni zamanda Şimali Afrika qitəsində də əvəzolunmaz bir çoxşaxəli logistik mərkəz rolunu oynayacaq. Bunun üçün Azərbaycan əlverişli coğrafiyada yerləşməklə yanaşı, potensiala və resurslara da malikdir. 

- Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsidir. Dəhliz mütləq açılmalıdır, açılacaq da, bunun başqa alternativi yoxdur. Azərbaycanla Naxçıvan arasında maneəsiz gediş-gəliş təmin olunmalıdır.   

Zəngəzur dəhlizi beynəlxalq leksikonda istifadə olunub və Bakı bu dəhlizin açılması istiqamətində praktik addımlar atır. 

Prezident İlham Əliyev Zəngəzur dəhlizinə qarşı çıxanlara da öz mesajını çatdırdı. Mesajı belə oxumaq olar: heç kim layihənin reallaşmasına mane ola bilməyəcək. Bu sadəcə zamana bağlı olan məsələdir. Nə qədər tez olsa, daha yaxşıdır və bundan hamı qazanacaq. Dəhlizin açılmasına qarşı çıxıb mane olan, prosesi gecikdirən isə itirəcək.

495707

Bakı Zəngəzur dəhlizinin açılmasını istəyən və istəməyən maraqlı, eyni zamanda fərqli baxış sərgiləyən güclər arasında çoxgedişli strategiyanı tətbiq etməklə hədəfinə nail olmaq istəyir. Bu da ondan ibarətdir ki, Zəngəzur dəhlizi Qərblə Şərq arasında Orta Dəhlizin tərkib hissəsi olduğu kimi, Şimalla Cənub arasındakı dəhlizin tərkib hissəsi rolunu oynayacaq. 
Burada bir neçə məqama diqqət etmək lazımdır.

Birincisi, ondan ibarətdir ki, Tehran Zəngəzur dəhlizinin açılmasını özünün qırmızı xətti elan edərək buna qarşı çıxır. Amma Bakının yürütdüyü davamlı siyasət nəticəsində Tehranın da bu məsələdə mövqeyi yumşalmaqdadır.

İkincisi, İrəvanın da Qərbə meyillənməsi, Tehranı Bakının şərtlərini qəbul etməyə vadar edir.

Üçüncüsü, Tehran üzləşdiyi mövcud geosiyasi reallıqlarda Rusiya ilə daha sıx əməkdaşlıq münasibətləri qurmaq istəyir ki, bu da Azərbaycansız mümkün deyil. Bu da Bakıya Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin yumşaldılması və qəbul edilməsi baxımdan əlavə imkanlar yaradır.

Dördüncüsü, İrəvan və Qərb də bu dəhlizin açılmasında maraqlıdır, onlar bu yolun ancaq Ermənistanın yurisdiksiyası nəticəsində reallaşmasını istəyirlər. İrəvan və Qərb bu niyyətini reallaşdırmaq üçün "Sülh kəsişməsi" layihəsini ortaya atır.

495708

Bakı isə bəyan edir ki, Zəngəzur dəhlizinin açıqlması ilə İrəvanın təklif etdiyi "Sülh kəsişməsi" layihəsi fərqli şeylərdir. 

Zəngəzur dəhlizi ilk növbədə Bakıya Ermənistan-Azərbaycan arasında deyil, Azərbaycanın anklav ərazisi olan Naxçıvanla təhlükəsiz, heç bir maneə olmadan əlaqəsinin yaradılması üçün lazımdır. Çünki Azərbaycanın Zəngəzur dəhlizi olmadan belə, Ermənistandan yan keçməklə Qərblə Şərqi, Şimalla Cənubu, eyni zamanda Naxçıvanı birləşdirən alternativ nəqliyyat infrastrukturu mövcuddur. 

Burada əsas məsələ ondan ibarətdir ki, Bakı İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaratdığı yeni reallıqlara uyğun olaraq bütün region ölkələri ilə sıx əməkdaşlıq qurmaq niyyətindədir. Bakı Zəngəzur dəhlizi vasitəsilə İrəvanın da Orta Dəhlizinin imkanlarından faydalanması niyyətini ortaya qoyub.

Təbii ki, İrəvanla Bakı arasında sülh sazişi imzalandıqdan sonra iki ölkə arasında diplomatik, iqtisadi-ticari, kommunikasiya əlaqələrinin yaradılması labüddür. O zaman həmin yoldan Ermənistana gediş-gəliş üçün istifadə edilərsə, təbii olaraq, sərhəd-keçid məntəqləri yaradıla və orada beynəlxalq hüququn şərtlərinə uyğun olaraq müvafiq zəruri qaydalar tətbiq oluna bilər. Buna kimsə etiraz edə bilməz. 

Beşincisi, Zəngəzur dəhlizi Bakının şərtləri daxilində açılmayacaqsa, o zaman Prezident İlham Əliyevin bəyan etdiyi kimi, İrəvanın təklif etdiyi "Sülh kəsişməsi" də kağız parçasından başqa bir şey olmayacaq.  "Sülh kəsişməsi"ndə təklif olunan dəhlizlər əsasən Azərbaycanla bağlıdır. Azərbaycan bu layihədə iştirak etməyəcəksə, o layihənin dəyəri deyildiyi kimi "iki qəpik" də etmir. Qeyd etmək lazımdır ki, təklif olunan layihə Azərbaycan, Türkiyə, İran və Gürcüstanı əhatə edir. Ermənistanın onsuz da İran və Gürcüstanla bu əlaqələri mövcuddur. Odur ki, İrəvan Azərbaycan Prezidentinin mesajlarını düzgün oxuyub ona uyğun adekvat real addımlar atmalıdır. 

İrəvan müxtəlif bahanələrlə və yaxud "Sülh kəsişməsi" layihəsi adı altında sülhdən yayınıb Azərbaycana qarşı çirkin oyunlarını davam etdirəcəksə, sonunda bundan itirən tərəf yenə də Ermənistan olacaq. Və Zəngəzur dəhlizi də açılacaq.

19 Aprel 2025 Paşinyan Əliyevin qurduğu yeni Qafqaz düzəni ilə barışdı: Bakı Ermənistanın siyasi sistemini də dizayn edir
18 Aprel 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB
18 Aprel 2025 İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar
18 Aprel 2025 İran Prezıdenti Azərbaycana səfər edəcək
18 Aprel 2025 İlham Əliyev Çavuşoğluya başsağlığı verib
18 Aprel 2025 Xarici diplomatlar Xankəndidə - Video
17 Aprel 2025 ABŞ-dən sensasiya: Zəngəzurda müharibə başlasa...
17 Aprel 2025 İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
17 Aprel 2025 Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı
17 Aprel 2025 İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib
17 Aprel 2025 Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi
17 Aprel 2025 Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir
17 Aprel 2025 Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq
16 Aprel 2025 Yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib
16 Aprel 2025 Prezident: Azərbaycanla Gürcüstan arasında yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır
16 Aprel 2025 Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil
16 Aprel 2025 Prezident Kavelaşvili ilə təkbətək görüşdü - Fotolar - Yenilənib
16 Aprel 2025 Prezidentin Kavelaşvili ilə təkbətək görüşü keçirilir
16 Aprel 2025 Kavelaşvili Fəxri və Şəhidlər xiyabanlarında - Yenilənib - Fotolar
16 Aprel 2025 Gürcüstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Xəbər lenti