|
Terrorçularla mülki insanları ayırmaq lazımdır, İdlibdə hərbi həll yolu fəlakətə səbəb ola bilər.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bu gün Suriya barədə danışdıq. Tez bir zamanda konstitusiya komissiyasının fəaliyyətə başlaması Suriyanın gələcəyi üçün önəmlidir. İdlibin təhlükəsiz bölgə kimi qorunması, Suriya, terrorla mübarizə və insanlıq üçün çox vacibdir. Bizim əməkdaşlığımız Qafqazdan Orta Asiyaya qədər geniş bir coğrafiyanı əhatə edir”, - Çavuşoğlu bildirib.