Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Ermənistanı və Azərbaycanı vəziyyəti daha da gərginləşdirməməyə və danışıqlar masasına qayıtmağa çağırır.

"Ölkə.Az"ın Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Andrey Şircel və Kimmo Kilyuner, Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şenak və Rocer Geyl yaydıqları birgə bəyanatlarda bildiriblər.

“Regional sabitlik üçün böyük risk olan Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların başlanması və böyüməsindən son dərəcə narahatıq. Hər iki tərəfdə mülki vətəndaşların və hərbçilərin həlak olmalarından dərin təəssüf hissi keçiririk” - həmməruzəçilər vurğulayıblar.

“Hər iki tərəfi döyüş əməliyyatlarını dərhal dayandırmağa, vəziyyəti gərginləşdirməməyə və Minsk Qrupu formatında danışıqlar masasına qayıtmağa çağırırıq. Bundan əlavə, bütün digər Avropa Şurasına üzv dövlətləri bu bölgədəki gərginliyə və qeyri-sabitliyə səbəb ola biləcək hər hansı bir hərəkət və ya danışıqdan çəkinməyə çağırırıq. Bir daha təkrar edirik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativ yoxdur” - bəyanatda bildirilir.

“2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan sərhəddindəki baş verən hərbi toqquşmalar zamanı verdiyimiz ortaq açıqlamamızda bildirdiyimiz kimi, Avropa Şurasına üzv dövlətlər aralarındakı münaqişələri yalnız sülh yolu ilə həll etməlidirlər", - müşahidəçilir qeyd ediblər.

“Parlament Assambleyası Minsk Qrupu formatında sülh danışıqları üçün əlverişli bir mühitin yaradılmasına töhfə verməyə hazırdır”, - bəyanatda bildirilir.

12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xəbər lenti