|
Almaniyanın Xarici İşlər naziri Hayko Maas sentyabrın 5-6-da Ankaraya rəsmi səfər edəcək.
Report-un xəbərinə görə, İki günlük səfər çərçivəsində nazir Türkiyə nümayəndələri ilə əlaqələrin inkişafı və regional məsələləri müzakirə edəcək. O cümlədən H.Maasın türkiyəli həmkarı Mövlud Çavuşoğlu, eləcə də bir sıra digər türkiyəli rəsmilərlə görüşlər keçirəcəyi planlaşdırılır.
Daha sonra hər iki diplomat yerli Alman məktəbinin 150 illik yubileyinə qatılmaq üçün İstanbula gedəcək.
Qeyd edək ki, sentyabrın 28-29-da da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya səfər edəcək.