|
Suriyada İŞİD terrorçularını Əl-Qaidə terrorçuları əvəz edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib. Onun sözlərinə görə, məhz Əl-Qaidə İŞİD-in süqutundan sonra bölgədə təşəbbüsü ələ ala bilər.
Belə ki, İŞİD-in aktivliyinin azalması, Əl-Qaidə terrorçularının fəaliyyətlərini genişləndirməsi ilə nəticələnib.