Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21:30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib və bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyindən "Ölkə.Az"a bildirilib ki, bu müddət ərzində düşmənin ümumi itkiləri aşağıdakı kimidir:


– 200-dək tank və digər zirehli texnika;

– 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;

– 30 ədəd hava hücumundan müdafiə vasitələri;

– 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;

– 5 silah-sursat anbarı;

– 110-dan artıq avtomobil texnikası;

– 1 ədəd “S-300” zenit-raket kompleksi

 

Qazet.az-ın hərbi ekspertlərlə birlikdə təqdim etdiyi araşdırmaya görə, “S-300” zenit-raket kompleksinin qiyməti 117 milyon dollar, 1 ədəd tankın məbləği minimum 5 milyon dollar, zirehli texnikaların birinin məbləği isə 2 milyon dollardır.

Məhv edilən yaylım atəşli raket sistemlərinin birinin minimum qiyməti 1 milyon dollar, hava hücumundan müdafiə vasitələrinin birinin qiyməti 1 milyon dollardır.

Ümumilikdə 110 avtomobil texnikasına 20 milyon dollardan çox ziyan dəyib. Ekspertlər hesab edir ki, məhv edilən 5 silah sursat anbarı nəzərə alınmazsa, Ermənistana 1 milyarda qədər ziyan dəyib. Sözügedən itkilər də nəzərə alındığı təqdirdə, bu rəqəmlər 2 milyarddan dəfələrlə çox ola bilər ki, bu da kiçik ölkənin iqtisadiyyatının iflic duruma düşməsi deməkdir.

 İqtisadi cəhətdən 3 dəfə Azərbaycandan kiçik olan Ermənistanın hərbi büdcəsi cəmi 658 milyon dollardır. Azərbaycan ordusunun hərbi büdcəsi isə 2.3 mlrd dollardır, yəni 4 dəfəyə yaxın böyükdür. Digər tərəfdən Azərbaycan iqtisadiyyatının ehtiyatları kifayət qədər böyükdür, strateji ethiyatlarımız 52 milyard dollara yaxındır ki, Ermənistanda bu rəqəm 2.6 milyard dollar təşkil edir. 

Qeyd edək ki, göstərilən qiymətlər təqribi hesablamalara əsaslanır.

12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xəbər lenti