|
Rusiya və Türkiyə arasında viza rejiminin sadələşdirilməsi üçün mexanizm yaradılması barədə razılıq əldə olunub.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Lavrov məsələyə yaxın vaxtlarda baxılacağını bildirib.
Qeyd edək ki, 2015-ci ilin noyabrında Türkiyənin Rusiyaya məxsus Su-24 qırıcısını vurmasında sonra Moskva bu ölkə ilə viza rejimi tətbiq etmişdi.