“BBC World Radio”nun “Newsday” proqramında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun müsahibəsi baş tutub.

 Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən "Ölkə.Az"a verilən məlumata görə, səfir proqramda Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq işğal etdiyi Azərbaycan ərazilərindən öz qoşunlarını geri çəkməli olduğunu, regionda davamlı sülhün yalnız Ermənistanın işğala son qoymasından sonra mümkünlüyünü diqqətə çatdırıb. O, ərazisinin 20 faizi işğal edilmiş Azərbaycanda Ermənistan tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyini qeyd edib.

Səfir jurnalistin erməni tərəfinin mülki şəxslərinin həlak olması ilə bağlı sualına cavabında bildirib ki, təmas xəttinin Ermənistan tərəfinin nəzarətində olan hissəsi əslində işğal edilmiş və daha öncə ermənilərin məskunlaşmadığı ərazidir, burada demək olar ki, mülki əhali yoxdur və daha çox hərbi hissələr üstünlük təşkil edir. Əksinə, təmas xəttinin sıx məskunlaşmış Azərbaycan tərəfi isə mütəmadi olaraq Ermənistan ordusunun atəşinə tuş gəlir.

Səfir son təxribatlar zamanı Azərbaycanın 14 mülki şəxsinin qətlə yetirildiyini, 40-dan çox yaralının olduğunu bildiriv. O, bu təxribatların məhz Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq suveren ərazilərində həyata keçirildiyinə xüsusi diqqət çəkib.

Azərbaycanın xarici ölkələrdən, xüsusilə də Türkiyədən hərbi kömək alması, guya Ermənistana məxsus təyyarənin Türkiyəyə məxsus F 16 təyyarəsi vasitəsilə vurulması, Suriyadan gələn döyüşçülərin muzdla orduya cəlb edilməsi ilə bağlı iddialara cavab olaraq, səfir vurğulayıb ki, Azərbaycanda F 16 təyyarələri yoxdur, Türkiyə isə ümumiyyətlə hərbi münaqişəyə cəlb olunmayıb və ölkəmizə hər zaman diplomatik dəstək verib. Ermənistan təyyarəsinin vurulması uydurmadır və müasir texnologiya vasitəsilə bunu sübut etmək olduqca asandır. Səfir suriyalı döyüşçülərlə bağlı şayiələrin qətiyyən həqiqəti əks etdirmədiyini, Azərbaycandan isə Suriyaya döyüşməyə gedən şəxslərin qanunla cinayətə cəlb olunduğunu diqqətə çatdırıb.

Elin Süleymanov tərəflərin danışıqlar masasına geri dönməsi ilə bağlı sualına cavabında bildirib ki, 20 ilə yaxındır ki, Ermənistan və Azərbaycanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlarda iştirak edir, lakin danışıqlar nəticə verməyib. Xüsusən son illərdə isə bunun əsas səbəbi Ermənistanın sülhə qarşı çıxması və Azərbaycan tərəfinin substantiv danışıqlarla bağlı çağırışlarına məhəl qoymaması olmuşdur.

Həmçinin nüfuzlu "Newsweek" mətbu orqanına müsahibəsində səfir Süleymanov bildirib ki, danışıqlar üzrə vasitəçiliyi həyata keçirən Minsk Qrupunun həmsədri qismində ABŞ-beynəlxalq hüquqa uyğun olaraq, Ermənistan hərbi qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasında dayanıqlı mövqe göstərməlidir. Çünki işğalçı qüvvələrin çıxarılması yalnız Azərbaycan üçün deyil, Ermənistanın özünə də fayda gətirəcək, onun və regionun dinc gələcəyini təmin edəcək. İşğalçı qüvvələr geri çəkilməzsə, atəşkəs dayanıqlı olmayacaq. 

Bundan əlavə, səfir ABŞ-da geniş izləyici kütləsinə malik "Con Batçelor Şou" proqramına müsahibəsində Ermənistan tərəfindən hərbi təxribatların davam etməsinə, müki şəxslərin məskunlaşdığı ərazilərin atəşə tutulması nəticəsində ölən və yaralananların olmasına diqqət çəkib. O, bütün əməliyyatların Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində baş verdiyini vurğulayıb və Azərbaycan Prezidentinin “Bizim Ermənistan ərazisində heç bir hərbi məqsədimiz yoxdur” sitatını xatırladıb. Bundan əlavə, səfir dünya mətbuatında münaqişə barəsində yayılan saxta məlumatlara toxunaraq, bu cür halların yolverilməzliyindən bəhs edib. 

12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xəbər lenti