27 sentyabr 2020-ci ildən etibarən başlayan Ermənistanın növbəti təxribatlarının qınanılması, təxribatlarla bağlı məlumatların daha geniş kütləyə çatdırılması istiqamətində səfirliyin təşkilatçılığı, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”, “Azərbaycan Dostları Birliyi” və İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının dəstəyi ilə Soloturn və Sürix şəhərlərində tədbirlər təşkil edilib.

Bununla bağlı Azərbaycanın İsveçrə Konfederasiyasındakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, Soloturn şəhərində baş tutan tədbirdə ilk öncə Səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışı səslənib. Çağırışda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq ictimaiyyət tərəfindən tanınması qeyd edilərək, 30 ildir ki aparılan danışıqlara Ermənistan tərəfindən ciddi zərbə vurulması diqqətə çatıdırılıb, hazırda öz torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ermənilərin təxribatına cavab olaraq döyüşlərin aparılması qeyd olunub.

Bundan əlavə, bildirilib ki, indiki məqamda dünya azərbaycanlıları Ermənistan dövlətinin işğalçı siyasətinin ifşa edilməsi, erməni lobbisinin yalanlara söykənən fəaliyyətinin qarşısının alınması istiqamətində yaşadıqları ölkələrdə ciddi və məqsədyönlü işlər aparmalıdır.

Tədbirdə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbəri Əkbər Gəncə, “Azərbaycan-Türk Mədəniyyət Assosiasiyası”nın rəhbəri Cevzet Aras, eləcə də türk diaspora nümayəndələri çıxışlar edərək, Qarabağın əzəli və tarixi Azərbaycan torpağı olmasını qeyd edib, tədbir iştirakçılarına ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlar barədə ətraflı məlumat verib, Ermənistanın xain hücumunu pisləyib, səfirin çağırışına uyğun olaraq İsveçrədəki həm Azərbaycan, həm də Türkiyə diaspor nümayəndələrinin fəal olmalarının vacibliyinə toxunub, Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqına dəstək nümayiş olunub, Azərbaycan Ordusunun tezliklə qələbə qazanacağına əminlik ifadə edilib.

Tədbirin sonunda türk məscidinin axundu döyüşlər vaxtı şəhid olan soydaşlarımızın ruhuna dualar oxumuş və tədbir iştirakçıları üçün ehsan süfrəsi təşkil edilib.

İsveçrə Konfederasiyasında yaşayan diaspora nümayəndələrimizin növbəti tədbiri “Azərbaycan Dostları Birliyi”nin təşkilatçılığı ilə diasporamız sıx məskunlaşdığı şəhərlərdən biri olan Sürixdə baş tutub. Tədbir zamanı Arzu Bodmer də Səfirliyin diaspor nümayəndələrimiz üçün çağırışını səsləndirib.

Daha sonra cəbhə xəttindəki vəziyyət müzakirə edilib, hadisələrin İsveçrə dövlət qurumlarının diqqətinə çatdırılmasının vacibliyi, petitsiyanın hazırlanması, diasporanın bu çətin zamanda fəaliyyətinin və birliyinin önəmi və digər məsələlər müzakirə edilib.

Eləcə də, İsveçrədə türk diasporunun sayının çox olması (120 mindən çox)  ilə bağlı və geniş oxucu uditoriyasına malik dərc “Post Gazetesi”ndə həmrəyliyin nümayiş etdirilməsi ilə əlaqədar səfir X.İbrahimovanın məqaləsi dərc olunub və münaqişə barəsində geniş məlumat verilib.

 

 

 

12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xəbər lenti