|
Sizin əziz dostunuz cənab Ərdoğan sizə salam və ən xoş arzularını göndərib.
Ən yaxın günlərdə sizi İstanbulda gözləyir. Sizin balıq restoranına getmək barədə aranızda razılığınız var.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
Qeyd edək ki, Putin və ərdoğan iyul ayında BRİKS sammitində görüşmüşdülər. Həmin vaxt Rusiya prezidenti Ərdoğana restoranda qonaqlıq verəcəyini xatırlatmışdı.