|
ABŞ Prezidenti Donald Tramp ölkənin nəhəng sosial şəbəkələrini istifadəçilərini susdurmaq üçün senzuradan istifadə etməkdə günahlandırıb.
Axar.az xəbər verir ki, bu barədə Tramp Tvitter hesabında yazıb.
“Sosial şəbəkə nəhəngləri milyonlarla insanın ağzını yumur. Hətta CNN kimi reytinqləri kəskin şəkildə aşağı düşən saxta informasiya vasitələrinə qulaq asmalı olsaq belə, bu cür davranmaq olmaz. İnsanlar senzura olmadan nəyin həqiqi, nəyin saxta olduğunu anlamalıdırlar”, - Tramp bildirib.