|
İsrail və Rusiya arasında münasibətlər yaxşıya doğru dəyişib.
Axar.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Berlin divarlarının sökülməsindən sonra Rusiya ilə qarşılıqlı münasibətlərimiz ətrafında vəziyyət dəyişib. İstənilən mövzuda razılaşdığımızı deyə bilmərəm, ancaq bir-birimizi dəstəklədiyimiz müəyyən aspektlər yarandı. İsrailə Rusiyadan bir çox yəhudi qayıtdı. Bu, mədəniyyət körpüsü rolunu oynadı”, - baş nazir bildirib.