Bu gün Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.
İclasda Azərbaycan Ordusunun Ermənistanın yeni təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatları müzakirə olunacaq. Bu toplantının gündəliyinə salınan əsas mövzulardan biridir.