|
Rəsmi Dəməşq bir daha kimyəvi silahdan istifadə etsə, ABŞ Suriyanın hökumət qüvvələrinə daha güclü zərbə endirəcək.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Cenevrədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə keçirilən görüşündə xəbərdarlıq edib.
Məlumata görə, ABŞ kəşfiyyatı Suriya hökumətinin terrorçuların nəzarətində olan ərazilərə hücum zamanı kimyəvi silahdan istifadə planları barədə informasiya əldə edib.