|
Səudiyyə vəliəhdi Məhəmməd bin Salman Bəşər Əsəddən İran və Hizbullahla əlaqələri kəsməsini istəyib.
O, bunun qarşılığında Suriyanın çoxyönümlü inkişafına dəstək verəcəyinə söz verib.
Axar.az xəbər verir ki, bu iddia ilə livanlı deputat Nevaf Musəvi çıxış edib.
O, bu təklifin Əsəd tərəfindən rədd edildiyini bildirib.
Qeyd edək ki, 2012-ci ildə də Əsədə Ər-Riyad tərəfindən bənzər təklifin edildiyi deyilmişdi.