|
Avqustun 14-də Afrikanın qərb sahillərində yoxa çıxan və göyərtəsində 17 Gürcüstan vətəndaşının olduğu neft tankerinin yeri müəyyənləşib.
Trend-in məlumatına görə, gəmi hazırda Toqo Respublikasının Lome limanına hərəkət edir.
Qeyd edək ki, Panama bayrağı altında üzən gəminin göyərtəsində 2 Rusiya vətəndaşının da olduğu bildirilir.
Məlumata görə, hazırda dənizçilərin sağlamlığı və həyatı təhlükə altında deyil, vəziyyətləri qənaətbəxşdir. Axtarış-xilasetmə işləri sahilyanı ölkələrlə əlaqəli şəkildə aparılır.
Gürcüstan Xarici İşlər Nazirliyi dənizçilərin axtarışı və xilas edilməsi missiyası tam başa çatdıqdan sonra daha ətraflı məlumat veriləcəyini bildirib.