|
Tailandın şimalındakı Çianq Rai əyalətində ziyarət etdikləri mağara kompleksində itkin düşdükdən 9 gün sonra sağ olduqları haqda məlumat yayılan 12 futbolçu və məşqçilərinin xilas edilməsi istiqamətində əməliyyat başladılıb.
Axar.az xəbər verir ki, bu barədə əyalətin valisi Naronqsak Osatanakorn danışıb.
Məlumata görə, xilasetmə əməliyyatına 13 əcnəbi və 5 yerli dalğıc qatılıb. Mağaradakı uşaqlardan ilkinin ən yaxşı ehtimalla 11 saat sonra xilas edilə biləcəyi qeyd olunub. Xilasetmə xidmətindən olan general Çaiyakamın sözlərinə görə isə əməliyyat qismən su ilə dolan mağaradakı vəziyyətdən aşılı olaraq 2 və ya 4 gün davam edə bilər.
Xatırladaq ki, 11-16 yaşlarındakı 12 futbolçu və 25 yaşındakı məşqçiləri 23 iyunda “Tham Luanq Nanq Non” mağarasına səfər zamanı mağaranın girişinin sular altında qalmasına görə burada qalıb.