|
Gürcüstan səfəri çərçivəsində Almaniya kansleri Angela Merkel Cənubi Osetiya ilə sərhəddə yerləşən Odzisi kəndini də ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri yazıb.
Kansler binokl vasitəsilə bir neçə yüz metr uzaqlıqda yerləşən Rusiya hərbi bazasına baxıb.
Tiflis Dövlət Universitetində tələbələr qarşısında çıxış edən Merkel Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.