3 həftəyə yaxındır ki, Azərbaycan Ermənistana qarşı əks-hücum əməliyyatları aparır və ərazi bütövlüyünü bərpa etməyə çalışır. Amma Qarabağ təkcə Vətəndə yaşayanları deyil, həm də Vətəndən kənarda yaşayanları düşündürməlidir. Bəs müxtəlif ölkələrdəki diasporumuz, o cümlədən siyasi və iqtisadi potensiala malik ayrı-ayrı həmvətənlərimiz Azərbaycan ordusuna necə dəstək verə bilər?

"Ölkə.Az" xəbər verir ki, “Report” məsələ ilə bağlı müxtəlif ekspertlərin rəyini öyrənib.

"Ermənistana dəstək göstərən şirkətlərə qarşı iş aparılmalıdır"

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, son 100 il ərzində dünyada əməlli-başlı erməni diasporu formalaşıb və onun hesabına Ermənistan müxtəlif ölkələrə həm siyasi, həm də iqtisadi təsir mexanizmləri əldə edib. Azərbaycan isə bu sahədə yalnız müstəqillik dövründə nəyəsə nail ola bilib. Amma həvəsdən düşmək lazım deyil.

"Azərbaycanlıların və yaxud bu ölkəyə bağlı olanların Milli Ordumuza dəstəyilə yanaşı Ermənistanın işğalçı siyasətini dəstəkləyən şirkətlərlə bağlı sosial mediada kampaniya aparmasına ehtiyac var. Ermənistana mənəvi-maddi dəstək göstərən şirkətlər dünyada terrorçuluğu dəstəkləyən, uşaq ölümlərinə rəvac verən biznes strukturları kimi təqdim edilməlidir. Bu iş uğurla aparılsa, həmin şirkətlərin dövriyyəsi kəskin azalar və onlar Azərbaycan ərazilərinin işğalına dəstək verməkdən çəkinərlər", - deyə o, qeyd edib.

Natiq Cəfərli
Natiq Cəfərli

Bundan başqa, N.Cəfərlinin sözlərinə görə, diasporumuz xarici media ilə də aktiv işləməlidir: "Xüsusilə ermənilərin daha çox mütəşəkkil olduğu Fransada haqlı mövqeyimizin təbliğinə böyük ehtiyac var. Bu ölkədə erməni əsilli siyasətçilər üstünlük təşkil etsə də, Ermənistanın Azərbaycanın mülki insanlarını hədəfə alması barədə Fransa mediasında məlumatlar yayıldı, lakin onlar çox azdır. Fransanın xəbər agentlikləri ilə daha sıx işləmək lazımdır. Bu ölkədə yaşayan iş adamlarının dəstəyi ilə Azərbaycana daha çox jurnalistin gəlməsinə şərait yaradılmalıdır. Həmçinin dünyada beynəlxalq media mərkəzlərinin yaradılması Azərbaycanın haqlı mövqeyinin dünyada təbliği baxımından kifayət qədər effektiv ola bilər. Məsələn, bu cür mərkəzlər Türkiyədə, Avropa İttifaqı ölkələrində var. Onlarla işləmək olar".

"İş adamlarının həm maddi, həm də mənəvi dəstəyinə ehtiyac var"

İqtisadçı-ekspert Elşad Məmmədov də hesab edir ki, dünyada, o cümlədən Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamları Vətənin övladları olmaları ilə bağlı sosial məsuliyyətlərini anlamalıdırlar: "Onların həm maddi, həm də mənəvi dəstəyinə ehtiyac var. Bu xalqın nümayəndələridirlər Azərbaycana dəstəklərini həmişə ifadə etməli, diaspor təşkilatlarımızının fəaliyyətinin lazımi səviyyədə qurulmasına çalışmalıdırlar".

Elşad Məmmədov
Elşad Məmmədov

"Müasir müharibələr ancaq hərbi münaqişələrdən ibarət deyil. İnformasiya sahəsində də müharibə aparmaq, Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırmaq lazımdır. Məsələn, bu baxımdan son günlər Rusiya KİV-lərində ciddi boşluqlar var. Azərbaycanın intellektual elitası müzakərələrə az dəvət edilir. İnformasiya müharibəsində mövqelərimizi gücləndirməli, sözümüzü informasiya məkanında demək üçün intellektual potensiala malik olmalıyıq”, - deyə o əlavə edib.

12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xəbər lenti