|
Yəmənin Məlacim mahalı ərazisində hökumət qüvvələri ilə husilər arasında şiddətli döyüşlər gedir.
Axar.az xəbər verir ki, bu barədə Yəmən ordusunun polkovniki Əbdülvəhhab Buhaybah danışıb.
Onun sözlərinə görə, baş verən şiddətli döyüşlərdə 13 husi döyüşçüsü həlak olub, 18-i isə ağır yaralanıb. Husilərin əlində olan “Zilzal” raketi ələ keçirilib.