|
Hindistanda baş verən seldən sonra suların çəkilməsi yeni təhlükəyə səbəb ola bilər.
Axar.az xəbər verir ki, ekspertlər Hindistanda sel sularının çəkilməsindən sonra ilanların vətəndaşlar üçün ciddi təhlükəyə çevriləcəyini açıqlayıblar.
Hindistanın Vəhşi Təbiəti Qoruma Fondu Kerala əyalətində vətəndaşlara seldən sonra peyda olan ilanlara qarşı ehtiyatlı olmaları barədə çağırış edib. Fond artıq əyalət ərazisində ilan ovuna başlayıb.
Xatırladaq ki, Kerala əyalətində 3 aydır davam edən musson yağışları nəticəsində bu il 400-dən artıq adam həyatını itirib.