|
ABŞ hökuməti Fələstinə 200 milyon dollar məbləğində maliyyə yardımı ayırmaqdan imtina edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp göstəriş verib.
Tramp vəsaitin daha prioritet məsələlərə yönləndirilməli olduğunu bildirib.
Məlumata görə, Trampın bu qərarına Qəzza zolağındakı vəziyyət səbəb olub. Belə ki, Ağ Ev burada HƏMAS-ın dinc əhalini təhlükə yatdığını bildirib.