|
ABŞ Suriyanın hökumət qüvvələrinə zərbə endirmək üçün istənilən bəhanədən istifadə edə bilər.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Aleksandr Şerin deyib.
“Orada kimyəvi silahın olub olmamasından, Əsədin özünü yaxşı aparıb aparmamasından asılı olmayaraq ABŞ Rusiya Federasiyasının prestij və avtoritetinə zərbə vurmaq üçün Suriya hökumət qüvvələrinə zərbə endirməyə bəhanə tapacaq. ABŞ ordumuzu təhrik edəcək. Əlbəttə qoşunlarımızın yaxınlığında yerləşən Suriya ordusuna zərbə endirilməsinə biz sakit şəkildə müşahidə edə bilmərik”, - Şerin bildirib.
Qeyd edək ki, ABŞ Rəsmi Dəməşqin bir daha kimyəvi silahdan istifadə edəcəyi halda Suriyanın hökumət qüvvələrinə daha güclü zərbə endirəcəkləri barədə Rusiyaya xəbərdarlıq edib.