|
İran Prezidenti Həsən Ruhani ilə Qətər əmiri Şeyx Təmim bin Həməd əs-Sani arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, tərəflər nüvə razılaşmasını və ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları müzakirə ediblər.
Ruhani Vaşinqtonun sanksiyalarına qarşı Türkiyənin sərgilədiyi mövqeyin təqdirəlayiq olduğunu bildirib.