Perunun nüfuzlu “ATV” telekanalında Azərbaycanın səfiri Məmməd Talıbovun Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistanın törətdiyi müharibə cinayətləri haqda müsahibəsi efirə gedib.

Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Ölkə.Az”a verilən məlumata görə, müsahibədə səfir ölkəmizin Dağlıq Qarabağ və 7 ətraf rayonla birlikdə beynəlxalq ictimaiyyətin Peru da daxil olmaqla, bütün üzvləri tərəfindən tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxındır işğal edildiyini və burada yaşayan 1 milyona yaxın soydaşımızın etnik təmizləməyə məruz qoyulduğunu bildirib.

Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını və məcburi köçkünlərin geri qaytarılmasını tələb etdiyini deyən diplomat Ermənistanın bu sənədlərin tələblərinə məhəl qoymadığını, Minsk qrupu çərçivəsində aparılan danışıqlarda da qeyri-konstruktiv mövqe tutduğunu və işğal faktını gücləndirməyə çalışdığını qeyd edib.

Təmsilçimiz Ermənistanın son 2 ildəki təxribat xarakterli addımlarının davamlı olaraq 27 sentyabrdan etibarən ölkəmizə qarşı növbəti hərbi təcavüzə cəhd etdiyini, son bir ay ərzində mülki yaşayış məntəqələrini, o cümlədən Tərtər, Mingəçevir, Goranboy, Ağcabədi və sərhədyanı şəhərlərimizi hədəf alması, habelə üç dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini pozaraq, Gəncə və son olaraq Bərdə şəhərinə etdiyi hücumlar nəticəsində çoxlu sayda mülki vətəndaşımızın, o cümlədən qadın və uşaqların həlak olduğunu məlumat verib. Bildirib ki, hazırda Silahlı Qüvvələrimiz mülki vətəndaşların təhlükəsizliyini təmin etmək, işğalda olan ərazilərimizi azad etmək və BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsinə nail olmaq üçün gərəkli əks-əməliyyat tədbirləri görür.

Sonda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində qalmasının bölgədə sülh və təhlükəsizliyin təmin edilməsinə başlıca maneə olduğunu deyən səfir münaqişənin qlobal təhlükəsizlik üçün də təhdid olmaması üçün beynəlxalq ictimaiyyətin beynəlxalq hüququn ərazi bütövlüyü, beynəlxalq sərhədlərin toxunulmazlığı və suverenlik prinsiplərinə sadiq qalaraq səsini ucaltmalı olduğunu, təcavüzkar dövlətdən Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsini və məcburi köçkünlərin evlərinə qaytarılmasını tələb etməli olduğunu söyləyib.

 

 
  •  

 

 
 
12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xəbər lenti