|
Suriya və İran bundan sonra da müdafiə qabiliyyətinin yüksəldilməsi üçün uzunmüddətli əməkdaşlıq planları üzərində çalışacaqlar.
Axar.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd Dəməşqdə səfərdə olan İranın Müdafiə naziri Əmir Hatəmi ilə görüşü zamanı deyib.
“Dəməşq və Tehran öz siyasətlərini sıx şəkildə koordinasiya edirlər. Biz uzunmüddətli əməkdaşlıq planları üzərində çalışmağa davam edirik” – deyə o bildirib.
Qeyd edək ki, Hatəmi dünən Dəməşqə səfər edib.