|
“Terrorizm bəşəriyyətin düşmənidir. Bu şərə qarşı mübarizə üçün bütün dünya ictimaiyyətinin səmimi əməkdaşlığı lazımdır. Türkiyə bu faciəli gündə Avstriya xalqı ilə həmrəydir”, - deyə Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, bu gecə Vyanada baş verən terror aktı zamanı biri terrorçu olmaqla dörd nəfər ölüb, 15 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.