|
ABŞ Yaponiyadakı qüvvələri vasitəsi ilə Pxenyana sızmaq istəyir.
Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi "Nodon Sinmun" qəzeti yazıb.
“ABŞ bir yandan qanlı qüvvələrini təlimlərə daxil edir, digər tərəfdən isə yalandan üzümüzə gülümsəyir. Rəsmi Vaşinqton ikiüzülülük edir. Onların bu addımı ABŞ-ın Şimali Koreyaya müharibə elan etmək planının olduğunu üzə çıxarır. ABŞ sərt şəkildə cəzalandırılmalıdır", - yazıda bildirilib.