|
Moldova Prezidenti İqor Dodon müstəqillik günü ilə bağlı avropayönlü partiyaların təşkil etdiyi aksiyaları pisləyib.
Axar.az xəbər verir ki, Dodon müstəqillik günündən insanların manipulyasiyası üçün istifadə edilməsinin yolverilməz olduğunu bildirib.
“Öz siyasi maraqları üçün insanlardan istifadə edilməsi yolverilməzdir. Biabırçılıq odur ki, bunu 2009-cu ildən hakimiyyətdə olanlar edirlər. Bu aksiyanın liderlərinin özləri indiki siyasi sistemin formalaşmasında aktiv iştirak ediblər.
Bu aksiyalar ölkə üçün təhlükəlidir. Əsas təhlükə bu nifrət və xaosun küçələrdən parlamentə keçməsi ola bilər”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Moldovada avropayönlü partiyalar etiraz aksiyası təşkil ediblər. Aksiyada 5000 nəfərdən çox adam iştirak edib. Onlar paytaxtın avtomobil yollarını bağlayıblar.