|
Ermənistanda daha 2 476 nəfərdə koronavirus aşkarlanıb.
Report xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 104 249-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 27 nəfər artaraq 1 533-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 397-yə yüksəlib. İndiyədək 63 258 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 39 055 aktiv koronavirus xəstəsi var.