Dünya Azərbaycan əsgərinin Şuşadakı döyüşündən danışır

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın incisi, qədim Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq və şücaət xarici mətbuatda da gündəm olub.

Bir çox xarici hərbi ekspertlər mühüm hərbi stratejik önəmə sahib Şuşa şəhərinin Azərbaycan ordusunun xüsusi təyinatlıları tərəfindən hərbi texnikasız və demək olar ki əlbəyaxa döyüşlə alınması haqqında fikirləri bu döyüşün hərb tarixində müstəsna yer tutacağını göstərir.

Şuşa praktik olaraq əlbəyaxa döyüşlərdə, heç bir pilotsuz uçuş aparatı və ya müasir texnologiya olmadan ələ keçirilib.

Fransız Le Monde qəzetinin Xankəndidəki müxbirlərini verdiyi məlumata görə, şəhərə gətirilən yaralılar əsasən tapança gülləsi və bıçaq xəsarətləri alıb. Bu o deməkdir ki, şəhər demək olar ki, əlbəyaxa döyüşlərlə azad olunub. Yəni döyüşlərdə dağ xüsusi təyinatlıları iştirak edib. Üstəlik, azərbaycanlılar yaralıları və ölənləri döyüş meydanında qoymadan, hücum zamanı dağa qalxarkən onları da qalaya daşıyıb.

Dağlıq Qarabağdakı döyüş əməliyyatlarını izləyən tanınmış ukraynalı hərbi ekspert Aleksey Arestoviç özünün Facebook səhifəsində Azərbaycanın Şuşa şəhərinin erməni işğalından azad olunması ilə əlaqədar yazıb

"Azərbaycan Qarabağın qədim paytaxtı, böyük simvolik əhəmiyyətə malik Şuşa şəhərini geri qaytardı. İsraillilər kimi, azərbaycanlılar üçün də bu hadisə 1967-ci ildə Qərbi Divarına çıxmaq, vətənə qayıtmaq, tarixə qayıtmaqdır.

Piyada döyüşü ilə, daşına bilən sursatla, duman içində, əlverişsiz hava şəraitində dağlardan keçərək. Bu da hər şey pilotsuz təyyarələrlə edildi deyənlər üçün".

12 May 2025 Trampa dəstək verən neftçilər indi narazıdır: Ticarət savaşları sənayeni vurdu
12 May 2025 Makron və Merzin kadrları gündəmi silkələdi: nəyi gizlədiblər? - ŞOK VİDEO
12 May 2025 Hindistan Ermənistana növbəti partiya “Akash” göndərir
12 May 2025 PKK özünü ləğv edib
12 May 2025 ABŞ dövlət katibi Türkiyəyə niyə gedir?
12 May 2025 Türkiyədən Putinin təklifinə reaksiya...
12 May 2025 Kreml Rusiyanı yenə dərin "bataqlığa" saldı: Putin indi ümidini Türkiyəyə bağlayıb, Ərdoğana minnətçi düşüb
10 May 2025 Britaniya səfiri ümummilli lider Heydər Əliyevi anıb
10 May 2025 Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
10 May 2025 ABŞ Rusiya və Çini birləşdirir: Trampdan ümudi kəsilən Kreml yenə Pekinə sığınır
09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?

Xəbər lenti