Politoloq: “2019-cu il Azərbaycan üçün ərazi bütövlüyünə qovuşmaq üçün dönüş ili olacaq”.

 

Ermənistandakı inqilabdan sonra Rusiyanın bu ölkəyə təsirlərinin azaldığı aydın şəkildə sezilir.

Amerikanın təcavüzkar ölkəni Kremlin nəzarətindən çıxarmaq üçün çabalar göstərdiyi, şimal qonşumuzun isə buna ciddi müqavimət göstərdiyi diqqəti cəlb edir.

Cənubi Qafqazla bağlı yeni siyasətin həyata keçirildiyi, Rusiyanın bölgəyə təsirlərinin azaldılması cəhdləri sezilir. Bu prosesin ölkəmizin xeyrinə cərəyan etdiyi bildirilir. Azərbaycanın situasiyadan istifadə edib, işğal altındakı torpaqlarını azad etmək üçün hərəkətə keçməsinin vacibliyi də qeyd edilir.

Politoloq Əhəd Məmmədlinin qənaətinə görə, erməni inqilabı Amerikanın Rusiyaya zərbəsi idi: “Bu inqilabı məhz Amerika edib iddiasında deyiləm, amma Amerikanın maraqlarına cavab verdiyi dəqiqdir. Cənubi Qafqazda ABŞ-ın ən böyük səfirliyi Ermənistandadır. Ortaya sual çıxır, kasıb, strateji əhəmiyyəti az olan Ermənistanda amerikalıların bu qədər böyük səfirlik saxlaması nəyə lazımdır? Ermənistanın indiki iqtidarı qərbyönümlüdür. İnqilabdan sonra yeni iqtidar rusyönümlü qüvvələri həbs etməyə başladı. Rusyönümlu qüvvələrin lideri, keçmiş prezident Robert Köçəryan belə həbs edildi. Düzdür gözlənildiyi kimi onu çox da həbsdə saxlaya bilmədilər. Paşinyan baş nazir seçilən kimi "Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır" söylədi. Bu yaxınlarda da Türkiyə ilə sərhədi qoruyan rus ordusunun gələcək taleyinə baxılmasının vacibliyini dilə gətirdi. Zatən rus ordusu ilə bağlı erməni əhalisində ciddi narazılıq var. Ermənistanda dislokasiya olunmuş rus əsgərlərinin özbaşınalığına erməni əhalisi ciddi etirazlar edib. Rus əsgərinin Gümrü də erməni ailəsini güllələməsi böyük etiraz dalğası yaratmışdı. Sərkisyanın hakimiyyətdən getməsinin səbəblərindən biri də bu məsələ idi. Rusiya Ermənistanı güzəştə getmir. Sadəcə xalq Paşinyanın hələlik arxasındadır. Xalq faktoru ilə hətta Rusiya kimi şahin dövlət belə hesablaşmağa məcburdur. Kremlin gücü Ermənistanda yenə də Amerikadan çoxdur. Sadəcə ruslar hələ düşünürlər ki Paşinyan ağıllanacaq, ağıllanmasa isə onu devirə biləcəklər. Rusiya susmur. Leontyev Zatulin Jirinovskilərin dili ilə İrəvana mesajlar göndərirlər, təhdidlər edirlər. Ermənistan açıq şəkildə rus qoşunlarının çıxmasını tələb etməyənə, yaxud Avrasiya İttifaqı, KTMT-dən çıxmayana qədər Rusiya Ermənistanı cəzalandıran deyil. Lakin Paşinyan ölkəsində Rusiyanın mövqelərini zəiflətməyə davam etsə, Moskva onu devirməyə çalışacaq. Erməni xalqı yenə də Paşinyanın arxasında dursa və Rusiyanın Paşinyanı devirməsi alınmasa, Kreml əsas kartı olan Qarabağ kartına əl atacaq. Belə olan halda Azərbaycan üçün işğal olunmuş torpaqlarını azad etməyə tarixi şans yaranacaq. İndiki erməni parlamenti rusyönümlü qüvvələrin əlindədir. Xalq arasında Paşinyanın nüfuzu düşməyə başlayan kimi Rusiya onu devirə bilər. Fikrimcə Moskva hələ gözləyir, paralel olaraq hazırlıqlarını da görür".

Politoloq Əhəd Məmmədli ile ilgili görsel sonucu

Politoloq hesab edir ki, Qafqaz yavaş-yavaş Rusiyanın nəzarətindən çıxır: “Gürcüstan demək olar ki nəzarətdən çıxıb. Azərbaycan balanslı siyasətini davam etdirir. Ermənistanda da Rusiya ciddi zərbələr alır. İnqilab, rusyönümlü qüvvələrin sıradan çıxarılması, anti-rus əhvalı Ermənistanın adi reallığına çevrilib. Rusyönümlu siyasətçilər, generallar, biznesmenlərin həbsi Moskva üçün heç də ürəkaçan mənzərə deyil. Amma Rusiya Ermənistan və Azərbaycanda güclüdür. Döyüşsüz nə Ermənistanı, nə də Azərbaycanı verən deyil. Azərbaycan balanslaşmış siyasəti ilə Kremli razı sala bilir. Ermənistan isə əksinə Sərkisyanın vaxtından indiyə qədər Rusiyadan get-gedə aralanır. Bu aralanmanı Moskva dayandırmağa çalışacaq. Cənubi Qafqazda Moskva ən güclü Ermənistandadır. Rusiyanın Qafqazdan getməsi Azərbaycanın xeyrinədir, təbii ki, Rusiyanın yerini Qafqazda, ən əsas da Azərbaycanda Qərb deyil, Türkiyənin doldurması şərti ilə. Azərbaycana Qafqazda böyük Türkiyə lazımdır. Güclü Türkiyə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün əsas təminatçısıdır. Ermənistanda Rusiya seyrçi mövqedə qalmır. Yuxarıda qeyd etdiyim kimi, Rusiya Ermənistanda hələ ki gözləmə mövqeyindədir. Azərbaycan üçün ən gözəl ssenari Ermənistanla Rusiyanın arasının dəyməsi və Rusiyanın Azərbaycana torpaqlarını qaytarmasına yaşıl işıq yandırmasıdır. Bunun olması üçün Azərbaycan Rusiya ilə çox ciddi şəkildə işləməlidir. Bakı Moskvanı İrəvandan daha yaxın və sərfəli olduğuna inandırmalıdır. Azərbaycan bütün diplomatiya lobbisini Rusiyaya səfərbər etməlidir. Moskvaya təsir rıçaqlarını Bakı artırmağı bacarmalıdır. Azərbaycan diplomatiyası bunları bacarsa, çox böyük uğur əldə etmiş olacaq. Azərbaycan Rusiya ilə Ermənistan arasında olan ziddiyyətlərdən istifadə edib səmərə götürməyi bacarmalıdır. Bakı bunu edə bilsə, yuxarıda qeyd etdiyim kimi Qarabağı qaytarmağa tarixi şansımız yaranacaq. Düşünürəm ki, 2019-cu il Azərbaycan üçün ərazi bütövlüyünə qovuşmaq üçün dönüş ili olacaq. Azərbaycan həm diplomatik, həm də hərbi cəhətdən bu dönüş ilinə indidən çox ciddi hazırlaşmalıdır. Kreml divarını aşmağa yollar axtarılmalıdır. Kreml divarı aşılsa, bu Azərbaycan diplomatiyasının ən böyük uğurlarından olacaq. Qarabağa yol Kremldən, Türkiyənin Azərbaycan və dünyada güclü olmasından gedir. Fürsətlərdən Azərbaycan istifadə etməyi bacarmalıdır”.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti