|
Rusiya Skripal olayı ilə bağlı Vaşinqtonun tətbiq etdiyi sanksiyalara qarşılıqlılıq prinsipi əsasında cavab verəcək.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, Rusiya bundan sonra da sakit və praqmatik şəkildə fəaliyyət göstərməyə davam edəcək. O, Rusiya ilə ultimatum dilində danışıqlar aparmağın perspektivsiz olduğunu bildirib.