|
Gürcüstan hökumətinin qərarı ilə 1 sentyabrdan etibarən Ermənistana quru yoluyla buğda tədarükü qadağan edilib.
Axar.az xəbər verir ki, bu barədə məlumatı “Jamanak” qəzeti yayıb.
“Artıq şirkətlərə xəbərdarlıq edilib ki, Rusiyadan Ermənistana Gürcüstan vasitəsilə buğda daşınması mümkün olmayacaq. Belə ki, tranzit yalnız Poti limanı vasitəsilə gerçəkləşdiriləcək, yəni Rusiya ilə Gürcüstan arasındakı quru sərhədindən buğda keçirilməsi tam dayandırılacaq. Bununla bərabər, buğda idxal edən şirkətlər Nikol Paşinyanı yaranan problemin strateji xarakterli olmasıyla bağlı xəbərdar ediblər. Belə ki, daşımaların dəniz vasitəsilə həyata keçirilməsi dənizdəki havadan asılı olacaq. Üstəlik, bunun nəticəsində bahalaşma qaçılmaz olacaq və xeyli tədarükçü işsiz qalacaq”, - o bildirib.