|
Yanvarda İranda baş verən etiraz aksiyaları Trampı nüvə razılaşmasından çıxmaqla bağlı cəsarətləndirdi.
Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı İran Prezidenti Həsən Ruhani deyib.
“Ağ Evdə İrana qarşı olan şəxslər var. İqtisadi problemlər kritikdir, amma ən önəmli məsələ insanların İranın gələcəyinə inamını itirmələridir. ABŞ-dan və ya iqtisadi problemlərdən qorxmuruq. Bu problemlərin öhdəsindən gələcəyik”, - o bildirib.