|
İndoneziyada 6.2 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya Agentliyi informasiya yayıb.
Zəlzələ zamanı insan itkisi və ya dağıntılarla bağlı məlumat verilməyib.
ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi isə zəlzələnin 6.4 bal gücündə olduğunu və yerin 10 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.
Qeyd edək ki, bir neçə gün öncə İndoneziyanın Lombok adasında baş verən 6,9 ballıq zəlzələ nəticəsində 500-dən çox insan həlak olmuşdu.