|
Ermənistan Apellyasiya Məhkəməsi KTMT Baş katibi Yuri Xaçaturovun həbsi haqqında qərarı qüvvəsində saxlayıb.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə açıqlamasında Xaçaturovun vəkili Miqran Poqosyan deyib.
Qeyd edək ki, Xaçaturov bundan öncə 1 mart qırğınlarında iştirakda ittiham edilib. Onun həbsi haqqında qərar verilsə də, o, girov qarşılığında azadlığa buraxılıb.