|
ABŞ İranın Hörmüz boğazına olan ərazi iddialarını tanımır.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Dövlət katibi Mayk Pompeo paylaşıb.
“İran Hörmüz boğazına nəzarət etmir. Bu ərazi beynəlxalq su yolu hesab edilir. ABŞ bundan sonra da öz tərəfdaşları ilə birgə gəmilərin azad hərəkətini təmin etməyə çalışacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə İran İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi donanmasının rəhbəri Əlirza Tanqsiri İranın Fars körfəzi və Hörmüz boğazına tam nəzarət etdiyini bildirmişdi.