|
Donald Trampın Dövlət katibi Mayk Pompeonun Şimali Koreya səfərini təxirə salmasının səbəbi bəlli olub.
Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” yazıb.
Məlumata görə, səfərin təxirə salınmasının səbəbi Şimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin sədr müavini, general Kim Yonq Çolun ABŞ-a göndərdiyi sərt məktub olub. Bu məktubu Pompeo dövlət başçısına təqdim edib.
Tramp isə məktubu oxuduqdan sonra üslubunu bəyənməyib və bunun da səfərin təxirə salınmasına kifayət edəcək bir səbəb olduğunu qeyd edib.