|
Avropa Türkiyəyə arxa çevirə bilməz.
Axar.az xəbər verir ki, bu sözləri Litva Prezidenti Dalia Qrabauskayte Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşündə deyib.
“Avropa miqrant axını və terror təhdidləri səbəbindən Türkiyəyə yardımçı olmalıdır. Türkiyənin Avropaya ehtiyacı var və Avropa da iqtisadiyyat, miqrasiya, təhlükəsizlik və digər sahələrdə Türkiyəyə ehtiyac duyur”, - deyə xanım lider bildirib.