|
Əgər İran Hörmüz boğazını bağlasa, Səudiyyə Ərəbistanı İranı vuracaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanının Energetika naziri İbrahim Muxanna deyib. Onun sözlərinə görə, Tehranın Hörmüz boğazını bağlamasıyla bağlı heç bir səlahiyyəti yoxdur:
“Hörmüz boğazı strateji əhəmiyyətli ərazidir. Əgər İran bu boğazı bağlasa, o zaman BMT Təhlükəsizlik Şurası hərbi müdaxiləyə izn verəcək. Tehrana qarşı sanksiyalara gəlincə, bunlar dayandırılmayacaq”.