Xəta
  • Komponent yüklənərkən xəta: com_users, 1

İran Prezidenti Həsən Ruhani parlamentdə ölkənin ağır iqtisadi durumu və digər mövzularla bağlı deputatların 5 sualını cavablandırıb.

 

Axar.az xəbər verir ki, ölkə prezidentinin parlamentdə dindirilməsi 80 deputatın imza toplayaraq parlament sədri Əli Laricaniyə müraciətindən sonra mümkün olub. Ruhanini Xarici İşlər naziri Məhəmməd Cavad Zərif, İranın Birinci vitse-prezidenti İshaq Cahangiri, bir sıra nazirlər və digər rəsmilər müşayiət edib.

Prezident ölkədə əmtəə qaçaqmalçılığı və hökumətin buna lazımi qədər nəzarət etməməsi, bank sisteminə qoyulan sanksiyaların uzadılmasının səbəbləri, ölkədə işsizliyin azaldılması üçün hökumətin konkret hər hansı bir addım atmaması, ölkədə bir neçə ildir davam edən iqtisadi durğunluq və milli valyutanın dəyərinin kəskin düşməsi fonunda külli miqdarda xarici valyutanın ölkədən çıxarılması ilə bağlı deputatların suallarını cavablandırıb.

İran prezidentinin hökumətin əmtəə qaçaqmalçılığına nəzarətin uğursuz olması ilə bağlı verdiyi cavabdan başqa digər 4 sualın cavabı deputatları qane etməyib. Bu səbəbdən hökumətin həmin mövzularla bağlı yürütdüyü siyasətin dəyərləndirilməsi işi İran Məhkəmə Sisteminə göndərilib.

İclasda bəzi deputatlar ölkədə iqtisadi şəffaflığın təmin edilməsi üçün lazımi tədbirlərin görülməsini tələb ediblər.

19 Aprel 2025 Bu gün İranla ABŞ yenidən danışıqlar aparacaq
18 Aprel 2025 Ermənistan NATO standartlarına görə ordu qurur
18 Aprel 2025 Rusiyada dövlətə xəyanətin sayı dəfələrlə artıb - RƏSMİ
18 Aprel 2025 Ankara İrəvan-Bakı yaxınlaşmasında müstəsna rol oynaya bilər - Mirzoyan
18 Aprel 2025 ABŞ Suriyadakı hərbçilərinin sayını azaldır - KİV
18 Aprel 2025 Zelenski açıqladı: Gözlənilən saziş imzalanacaq
17 Aprel 2025 Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA
17 Aprel 2025 Mirzoyandan sensasion açıqlama: Sülh müqaviləsi Azərbaycan-Ermənistan sərhədində imzalana bilər
17 Aprel 2025 "Ermənistan və Azərbaycan vasitəçilər olmadan bir-birini daha yaxşı anlayır" - Mirzoyan
17 Aprel 2025 Rusiyadan NÖVBƏTİ VƏHŞİLİK: Dnepri ATƏŞƏ TUTDU,dinc sakinləri ÖLDÜRDÜ, Mariupolda evləri ƏLƏ KEÇİRDİ
17 Aprel 2025 Almaniya ilk dəfə xaricdə hərbi kontingent yerləşdirdi
17 Aprel 2025 Makron dünya nəhəngini necə çökdürür: Fransanın iflas ssenarisi reallaşır
16 Aprel 2025 Paşinyandan ikibaşlı sülh sazişi açıqlaması
16 Aprel 2025 ABŞ-dan 30 ölkə ilə bağlı KRİTİK QƏRAR
16 Aprel 2025 Paşinyan parlamentdə danışdı, o isə rəsm çəkdi - Video
16 Aprel 2025 Makron 12 diplomatı qovdu, səfiri geri çağırdı
16 Aprel 2025 Netanyahu Qəzzanın şimalına səfər etdi
16 Aprel 2025 ABŞ Ermənistana yardımı dayandırdı
16 Aprel 2025 ABŞ Suriyadan çıxır?
16 Aprel 2025 Saakaşvili: "İlham Əliyev regionun lideri və yeni prinsipin yaradıcısıdır"

Xəbər lenti