|
"Serj Sərkisyan konstitusiya reformları keçirməklə səhvə yol verdi".
Axar.az xəbər verir ki, bunu NTV televiziyasına müsahibəsində Ermənistanın eks-prezidenti Robert Köçəryan deyib.
“Mən Ermənistandakı hadisələri analiz etmişəm. Düşünürəm ki, Sərkisyan konstitusiya reformları keçirməli deyildi. Mən zamanında bu dəyişiklikləri tənqid etmişdim. Sərkisyan hakimiyyətini uzatmaq üçün baş nazir kreslosuna əyləşməməli idi” – deyə o bildirib.